2016-cı ildə "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olmuş Ukraynanın Xalq artisti Camala (Susana Camaladinova) Rusiya tərəfindən axtarışa verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mediazona” Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən məlumat
yayıb.
Onun cinayət maddəsi ilə axtarışda olduğu bildirilir. Hansı maddə ilə axtraışa verildiyi göstərilməyib.
Nəşrin məlumatına görə, Camala oktyabrın ortalarında axtarışa verilib. Nəşr yazır ki, o, Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunur (Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 1-ci hissəsi). Noyabrda Camala Rusiya məhkəməsi tərəfindən qiyabi həbs edilib.
Xatırladaq ki, 2016-cı ildə Ukraynanı təmsil edən Camala Stalinin Krım tatarlarını deportasiyasına həsr etdiyi "1944” mahnısı ilə "Eurovison" Mahnı Müsabiqəsində qalib gəlib.
Nizami Bağırov
Şərhlər