Ekonomiks 17:40 22.06.2015

Rusiya daha 6 ay dözməli olacaq

Avropa Birliyi Rusiya qarşı sanksiyaları 2016-cı ilin 31 yanvarınadək uzatmaq qərarı verib.

Avropa.info xəbər verir ki, qərar bu gün AB Şurasının XİN başçıları səviyyəsində Lüksemburqda keçirilən iclasında qəbul olunub.

Sanksiyalar ilk növbədə Rusiya banklarını, şirkətlərini, silah satışını, ikili təyinatlı malları, həmçinin energetika sahəsi ilə bağlı bəzi texnologiyaların ixracını əhatə edəcək.

Sanksiyaların ləğvi o halda mümkün ola bilər ki, 31 dekabr tarixinədək Rusiya Minsk danışıqlarının şərtlərini yerinə yetirsin. 

Daha əvvəl AB Krıma qaşı tətbiq olunan sanksiyaları 23 iyun 2016-cı il tarixədək uzatdığını bəyan etmişdi. 

Qaynar.info