Dünya 13:19 05.12.2022

Rusiya hərbi hava bazasına PUA düşdü, iki Tu-95 bombardmançı təyyarə zədələndi

Saratov vilayətində dekabrın 5-də səhər saatlarında naməlum PUA uçuş zolağına düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Astra "Telegram" kanalının mənbələrinə görə, pilotsuz uçuş aparatı Engels aviabazasına düşüb, iki Tu-95 bombardmançı təyyarəsi zədələnib. İki əsgər yaralanıb.

Engels və Saratov sakinləri sosial şəbəkələrdə yazır ki, səhər saat 6 radələrində güclü partlayış eşidiblər. 

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko Engels aerodromuna hücumun videosunu paylaşıb.

Dekabrın 1-də Rusiyanın kütləvi raket zərbəsinə hazırlaşdığı və Saratov yaxınlığındakı Engels-2 hərbi aerodromunun yüksək hazırlıq vəziyyətinə gətirildiyi barədə məlumatlar yayılmışdı. Bunu "Maxar Technologies” və "Planet Labs” tərəfindən dərc edilmiş peyk şəkilləri sübut edirdi, burada təxminən 20-yə yaxın Tu-95 və Tu-160 strateji bombardmançı təyyarələr görünürdü. Şəkillərdə həmçinin yanacaqdolduranları, döyüş sursatı qutularını, nəqliyyat vasitələrini görmək olardı. Hərbi analitiklər Arda Mövlutoğlu və Konrad Muzykanın qeyd etdiyi kimi, bazadakı hərbi personal çox fəaldır. Bundan əlavə, uçuş-enmə zolağına çoxlu iri hərbi nəqliyyat təyyarələri yerləşdirilib. X-55 və ya X-101 qanadlı raketlərini daşımaq üçün arabalar da görünür.

Nizami Bağırov