Dünya 10:09 27.01.2022

“Rusiya hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır" - NATO-dan tələb

"NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə hazırdır".

Qaynarinfo xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, Rusiya və NATO Brüsseldə və Moskvada müvafiq ofislərini bərpa etməlidirlər:

"NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir. Biz həmçinin şəffaflığı təşviq etmək və riskləri azaltmaq üçün mövcud hərbi kommunikasiya kanallarımızdan tam istifadə etməliyik. Rusiya həmçinin ölkələrin icazəsi olmadan yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. Bütün tərəflər Normandiya formatı da daxil olmaqla münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak etməldirlər”.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?