Dünya 15:46 30.12.2019

Rusiya KİV: “Ərdoğan Liviyada Putinin Suriya avantürasını təkrarlamaq istəyir” (ŞƏRH)

"Mediada yayılan məlumatlara görə, artıq bu gün hakim Ədalət və İnkişaf Partiyası Türkiyə parlamentində Liviya hakimiyyətinə hərbi yardım icazəsi verən qanun layihəsi təqdim edə bilər. Ankara bir neçə gün əvvəl bu məsələ ilə bağlı Liviya Milli Razılıq Hökumətindən (MRH) rəsmi sorğu alıb”.

Qaynarinfo xəbər verir ki, bu fikirlər rianovosti-nin yazarı İrina Alksinsin yazısında yer alıb.

Müəllif yazısında MRH ilə bağlı qeyd edib ki, "beynəlxalq ictimaiyyət tərəfindən tanınan" bənd bu işdə əsasdır, çünki başqa bir mənada, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının dəstəyi ilə yaradılan MRH Liviya üzərində hakimiyyətə sahib deyil və heç vaxt da olmayıb. Ölkə ərazisinin 90 faizinə Hafterin qoşunları (LMO) nəzarət edir.

Daha sonra məqalədə deyilir:  

"Livan Milli Ordusunun "xəlifə” Hafterin başçılıq etdiyi Tripoliyə hücumu fonunda MRH-ın mövqeyi getdikcə daha da çətinləşir. Bu, aylardır davam edir və LMO rəhbərliyinin çoxsaylı pafoslu açıqlamalarının arxasında hələ ki, real nəticələr dayanmır. Bir tərəfdən isə Türkiyəyə hərbi yardım üçün edilən müraciətə əsasən demək olar ki, beynəlxalq birliyin tanıdığı Liviya hakimiyyəti üçün vəziyyət həqiqətən də getdikcə pisləşir.

Dünyanın əhəmiyyətli bir hissəsinin qeyri-rəsmi simpatiyasının daha çox LMO-ya tərəf olması ilə vəziyyət daha da ağırlaşır, çünki MBH qüvvələri arasında həddən artıq radikal islamçı dəstələr çox nəzərə çarpır. Öz növbəsində Hafter və onun ordusu Qərb tərəfindən məhv edilmiş Müəmmər Qəzzafinin dünyəvi siyasi sisteminin varisləridir.

Buna görə Rusiya mütəmadi olaraq Hafterə kömək etməkdə ittiham olunur. Son həftələrdə iddia olunur ki, LMO tərəfində döyüşən "rus muzdlular" məsələsi ən populyar mövzuya çevrilib. Tayyib Ərdoğan da bu mövzuda danışıb. Moskva dəfələrlə bu fikirləri rədd edib, baxmayaraq ki, münaqişənin hər iki tərəfi ilə təmasda olduğunu gizlətmir və sülh yolu ilə konfliktin həllinə töhfə verməyə çalışdığını deyir.

Bölgənin və dünyanın əsas güclərinin əksəriyyətinin Liviyada maraqları var, lakin demək olar ki, hamısı qətiyyətli açıq addımlardan çəkinərək "hərbi məsələ"də olduqca ehtiyatlı mövqe tuturlar. Səbəb aydındır: Liviyada hər cəhətdən son dərəcə çətin bir vəziyyət var – uğursuz müdaxilə son dərəcə ciddi itkilərə və problemlərə səbəb ola bilər.

Bu fonda Türkiyə artıq çox aktiv şəkildə və gizlətmədən MBH-ni müdafiə edərək açıq-aydın hərbi müdaxiləyə hazırlaşır.

Yəni Ərdoğan həqiqətən bu cür planların ölkəsi üçün hansı hərbi-siyasi təhdid yaratdığını başa düşmür?

Düşnmək lazımdır ki, başa düşür. Ancaq gözünün önündə onu həvəsləndirən, va-bank getməyə sövq edən çox canlı və cazibədar bir nümunə var.
Söhbət Rusiyanın Suriyadakı hərbi əməliyyatından gedir.

Suriyanın keçmiş vəziyyəti ilə Liviyanın mövcud vəziyyəti arasında həqiqətən çox oxşarlıq var.

Qərbin daxili işlərinə qarışmasının nəticəsində vətəndaş müharibəsi ilə parçalanmış iki Yaxın Şərq ərəb dövləti var. Ölkənin ən kiçik hissəsini nəzarətdə saxlayan və müxalifətin hərbi zərbələri altında son çöküşün astanasında olan qanuni hökumət rəsmi olaraq kömək üçün nüfuzlu müttəfiqə müraciət edir və bunu əldə edir.

Bunun Suriyada nəyə gətirib çıxardığını hamı yaxşı bilir. Kremlin ağlasığmaz avantürası Əsəd üçün bir qurtuluş, Rusiya üçünsə hərbi-siyasi zəfərlə nəticələndi, iqtisadi fayda təmin etdi və Yaxın Şərq proseslərində əsas rol almağa imkan verdi.

Təəccüblü deyil ki, Moskvanın təcrübəsi çoxlarını şirnikləndirir və onu təkrar etmək istəyi yaradır. Açığını desək, Prezident Ərdoğan bu son dərəcə riskli addımı atacaq ilk lider kimi görünür.

Rusiyanın Suriyadakı qələbəsinin mənbələri və səbəbləri tarixçilər və hərbi mütəxəssislər tərəfindən hələ çox arşdırılacaq.

İndi isə Türkiyənin Liviya torpağında bu uğurlu təcrübəni təkrar edə bilib-bilməyəcəyini gözləmək qalır. Əks halda aydın olacaq ki, Rusiyanın başqa dövlətlər tərəfindən surətinin çıxarılması mümkün olmayan müstəsna hərbi-siyasi "nou-hau”su var.

Bu sualın cavabı dünya üçün maraqlıdır və Ankaranın Liviya işlərinə hərbi müdaxiləsindən heç də az maraqlı deyil”.

Alpər