Dünya 19:06 10.04.2020

Rusiya koronavirusu 20 dəqiqəyə müəyyən edən testi təqdim etdi

Rusiya Federal Biotibbi Agentliyi 15-20 dəqiqə ərzində koronavirusun aşkarlayan test sistemini təqdim edib.

Qaynarinfo xəbər verir ki, sistemin mikroflorik çiplərə əsaslandığı, testin izotermal gücləndirmə, yəni virus RNT-nin aşkarlanması metodu üzərində qurulduğu bildirilir.

Daha sonra qeyd olunur ki, bundan əlavə antikorların aşkarlanması sistemi yaradılıb, onun qeydiyyatı üçün sənədlər gələn həftənin əvvəlində təqdim ediləcək.

Alpər