İdman 15:17 12.09.2019

Rusiya millisinin futbolçusu soyuldu: 23 milyonluq saatı aparıldı

Krasnodarda naməlum şəxs eyni adlı yerli klubun məşhur futbolçusunun saatını oğurlayıb. Söhbət Rusiya Federasiyasının vətəndaşlığını qəbul edən braziliyalı futbolçu Aridən (Ariclenes da Silva Ferreira) gedir.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, oğru "Krasnodar"ın oyunçusunun evinə pəncərədən girib. Nəticədə təxminən 23 milyon rubl dəyərində 12 saatı oğurlayıb.

Krasnodar DİN-in məlumatına görə oğru ələ keçib. Məhkəmə onun barəsində həbs qəti-imkan tədbiri seçib. Buna qədərsə o, oğurladığı bir neçə saatı sata bilib. Qalanlarını isə evin yaxınlığında boş bir binanın zirzəmisində gizlədib.

Satılmamış saatlar qanuni sahibinə verilib.