Xəbər lenti

Ölkə 12:26 27.04.2016

Rusiya müdafiə nazirindən Ermənistana dəstək

Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən 5-ci beynəlxalq təhlükəsizlik konfrasında çıxış zamanı Ermənistanı müdafiə edib.

Şoyqu Ermənistan da daxil olmaqla Kolelktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzvlərinin müasir silahla təmin olunmasına çalışdıqlarını deyib.

“Biz müttəfiq və partnyorlarımızın arsenalında müasir silahaların olmasında maraqlıyıq. Bizim addımlarımızın məntiqi çox sadədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərinin möhkəmləndirilməsi Rusiyanın möhkəmlənməsi deməkdir”.

Moskvadakı konfrans aprelin 27-28-i tarixlərində keçiriləcək.

Qeyd edək ki, KTMT-ya Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan daxildir. // modern.az

Qaynarinfo.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?