Rusiya parlamenti Qarabağla bağlı hökumətə müraciət edəcək

Rusiya parlamenti Qarabağla bağlı hökumətə müraciət edəcək

Rusiya parlamenti Dağlıq Qarabağda sülhməramlı kontingentin nəzarət etdiyi ərazilərdə yaşayan sakinlərin vaksinasiya olunmasını təklif edir.

Bu barədə Dumanın MDB ilə iş üzrə komitə sədrinin 1-ci müavini Konstantin Zatulin bildirib. Komitə iclasında qərarın dəstəkləndiyi bildirən Zatulin Qarabağda yaşayan insanların Rusiya vaksini ilə peyvənd olunmasını dəstəklədiklərini bildirib.
 
Dövlət Duması hökumətə müraciətində Dağlıq Qarabağla yanaşı, Dnestryanı, Ukraynanın Luqansk və Donetsk bölgəsində yaşayan insanların da peyvəndlənməsini təklif edəcək.
 
Modern.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR