Siyasət 18:49 29.10.2020

Putin: "Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakı..."

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı münaqişənin həlli prosesində Türkiyənin iştirakının mümkünlüyünü bildirib.

"İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır. Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Rusiya lideri vurğulayıb.