Rusiya Qarabağa minatəmizləyici mütəxəssislər göndərdi

Rusiya Qarabağa minatəmizləyici mütəxəssislər göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda minalardan təmizləmə işləri üçün Azərbaycana əlavə qrup göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, "Lider" mərkəzinin və Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri İl-76 təyyarəsi ilə Moskvadan Gəncəyə yola düşüb.

Bundan başqa, axtarış işlərində istifadə olunması üçün 2 ədəd texnika gətirilir.

Xatırladaq ki, yanvarın əvvəlində Rusiya FHN-in 20 mütəxəssisi Ağdam rayonunda minatəmizləmə işlərinə başlayıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR