Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini nasist lideri Adolf Hitlerlə müqayisə edərək, Rusiyanı faciəli sonun gözlədiyini vurğulayıb.
Qaynarinfo xəbər verir ki, bu açıqlamanı o, Kelin Robertson ilə söhbətinin bir hissəsini "Telegram" hesabında paylaşaraq verib.
Zelenski bildirib: "Biz bilirik, Hitler üçün hər şey necə bitdi. Biz başa düşürük, Putin üçün də necə bitəcək. İdman, musiqi, kino və Venesiya Biennali kimi mədəniyyət festivallarından silah kimi istifadə heç vaxt kömək etmir".
Prezident qeyd edib ki, müxtəlif mədəni platformalarda – hətta uşaqlar üçün animasiya festivallarında belə – ruslar filmlərini təbliğatla doldurur və cəmiyyətlərini ən erkən yaşlarından təlimləndirməyə çalışır: "Amma bu heç vaxt kömək etmir. Mən əminəm ki, onların millətini faciəli son gözləyir".
Ukrayna ABŞ-dan Rusiyaya güzəşt etməməyi və sanksiyaları qaldırmamağı gözləyir. Zelenskinin sözlərinə görə, strategiya yalnız Ukraynanın deyil, bütün sivil dünyanın məqsədidir: Rusiyanın maliyyə cəhətdən əziyyət çəkməsi vacibdir, çünki o, pulları müharibəyə və silah istehsalına xərcləyir. Prezident vurğulayıb ki, təcavüzkar ölkəyə belə güzəşt edilsə, digər ölkələr də qonşularına qarşı müharibə başlada biləcəyini düşünəcək.
Aydın
Şərhlər