Ukrayna Təhlükəsizlik Xidməti (SBU) 1 fevral tarixində Rovno şəhərində Hərbi Komissarlıqda baş vermiş partlayışın təfərrüatlarını müəyyənləşdirib və terrorçunun Rusiya xüsusi xidmət orqanları tərəfindən uzaqdan partladıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidmətinin məlumatında deyilir.
"Kişi içəri partlayıcı ilə daxil olub və məqsədli şəkildə onunla birlikdə partladılıb. Nəticədə terrorçu yerində həlak olub, 8 hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb.
Məlum olub ki, Rusiya öz agentini "artıq şahid” kimi əvvəlcədən planlaşdırılmış şəkildə aradan götürüb və bunu Müdafiə Qüvvələrinə qarşı terror aktı kimi təşkil edib”.
SBU-nun istintaq materiallarına əsasən, terrorçu 21 yaşlı işsiz Jitomir vilayətinin sakini olub. O, Telegram kanallarında sürətli qazanc axtararkən Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən ələ alınıb.
Rusiyalı kurator ona tapşırıq müqabilində pul vəd edib və göstəriş verərək onu səyyah çantasında gizlədilmiş əldəqayırma partlayıcı qurğu (PQ) ilə Rovno şəhərinə göndərib.
Müəyyən olunub ki, partlayıcı qurğu mobil telefonla təchiz edilib və Rusiyanın xüsusi xidmət orqanları ona uzaqdan giriş əldə edib.
Bundan əlavə, terrorçunun özündə ikinci bir mobil cihaz olub, hansı ki, uzaqdan idarə olunan mexanizmlə təchiz edilib. O, binaya daxil olduğu an Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları telefonu vasitəsilə həmin anı qeydə alıb və dərhal zəng edərək partlayıcı qurğunu aktivləşdiriblər.
Hazırda SBU-nun istintaqçıları tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi (terror aktı) üzrə cinayət işi çərçivəsində araşdırmalar davam etdirilir.
Alpər
Şərhlər