Ankarada Suriya ilə əlaqəli məsləhətləşmələrin növbəti raundunda Rusiya və Türkiyə nümayəndə heyətləri terrorçulara qarşı mübarizədə gərginliyin "quruda" azaldılmasına çalışacaqlar.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi veb saytında dərc olunmuş məlumatda bildirilib. Danışıqlarda İdlib de-eskalasiya zonasında davamlı vəziyyətə nail olmaq üçün konkret addımların nəzərdən keçirildiyi də bildirilib.
Bundan əlavə, hər iki tərəf deskalasiya zonasında və xaricində mülki şəxslərin qorunmasında həmrəy olduqlarını vurğulayıblar.
Alpər
Şərhlər