Xəbər lenti

Dünya 17:20 06.03.2024

Rusiya Xarkova hücum taktikasını dəyişib - Terexov

Xarkov şəhərinin meri İqor Terexov bildirib ki, rus işğalçıları şəhərə hücumların taktikasını dəyişiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde" yazır.

"Ruslar taktikasını dəyişib. Qışın əvvəlində bizim enerji infrastrukturumuza hücum etdilər”, - o deyib.

Mer bildirib ki, son iki ayda işğalçılar pilotsuz uçuş aparatları və S-300 raketlərindən istifadə edərək dinc əhalini daha çox atəşə tutur.
Onun sözlərinə görə, Vladimir Putin hələ də Xarkovu ələ keçirmək arzusundadır.

Prezident Vladimir Zelenski bəyan edib ki, Xarkov hələlik Rusiya hücumlarından tam müdafiəyə malik deyil. O əlavə edib ki, sakinlərə şəhərə qayıtmağı tövsiyə edə bilməz.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->