Siyasət 18:40 18.02.2021

Rusiya XİN-dən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama

Dağlıq Qarabağda atəşkəsin pozulması halları qeydə alınmayıb, vəziyyət stabil olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vəziyyətə nəzarəti həyata keçirir, ərazinin partlayıcı predmetlərdən təmizlənməsi davam edir”, - deyə M.Zaxarova bildirib.