Foto 13:28 25.10.2019

Rusiyada 4 azərbaycanlı saxlanıldı: 100 milyon pul, boş qəbir… (FOTOLAR)

Rusiyanın Ulyanovsk şəhərində 4 Azərbaycan vətəndaşı həbs edilib.

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, onlar 36 yaşlı yerli sahibkarı oğurlamaqda və ondan 100 milyon rubl pul tələb etməkdə təqsirli bilinirlər.

Məlumata görə, yerli iş adamını oğurlayaraq şəhər ətrafında yerləşən "Taşlinsk” qəsəbəsinə gətirən azərbaycanlılar, onu dəmir konteynerin içinə salıblar. Həmin şəxs bir müddət orada saxlanılıb.

Polis onu azad edərkən konteynerin yanında boş qəbir yeri də aşkarlanıb. Həmin qəbri kimin qazdığı isə bilinmir. Görünür, qəbir həmin şəxsə psixoloji təsir etmək məqsədi ilə qazılıbmış.