Dünya 09:23 23.12.2017

Rusiyada ardıcıl 3 güclü zəlzələ

Rusiyanın Kamçatka ərazisində əvvəlcə 5,6 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, Petropavlovsk-Kamçatsk şəhərindən 161 km şimal-şərqdə qeydə alınan təkandan sonra Sakit okeanın Kamçatka sahilində 5,1 və 6,4 bal gücündə ardıcıl 2 zəlzələ də baş verib. 

Qeyd edək ki, sunami təhlükəsinin, dağıntı və zərərçəkənlərin olmadığı bildirilir.

Gülşən