Dünya 09:51 19.10.2019

Rusiyada bənd uçdu: 12 nəfər öldü, 13 nəfər itkin düşdü

Rusiyanın Krosnayarsk diyarında yerləşən Seyba çayı üzərində inşa edilmiş bənd çöküb.

Qaynarinfo xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 19 nəfər xəsarət alıb, 13 nəfər isə itkin düşüb.
 
Uçqun zamanı 4 metr hündürlüyü olan dalğa yaranıb. 

Əraziyə xilasedicilər cəlb olunub.

Gülşən