Rusiyada Mari Muxtar Respublikasında dəhşətli yol qəzası baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yük maşını ilə avtobusun toqquşması nəticəsində 15 nəfər dünyasını dəyişib, 5 nəfər isə ağır yaralanıb. Ölənlərdən 3-nün uşaq olduğu bildirilir.
Qəzanın səbəbi kimi qeyri-sabit və qarlı hava şəraiti göstərilir və hadisə yerində istintaq prosesi davam etdirilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər