Dünya 10:05 04.08.2018

Rusiyada helikopter qəzası: 18 nəfər öldü

Rusiyanın Şərqi Sibir ərazisinin Krasnoyarsk şəhərində "Mi-8" helikopteri qəzaya uğrayıb.

Qaynarinfo Tass-a istinadən xəbər verir ki, "Utair" hava yolu şirkəti aid helikopterdə 15 sərnişin, 3 ekipaj üzvü olub və onların hamısı həlak olub. 

Qəza hava limanından 2 km məsafədə baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Gülşən