Dünya 14:27 08.08.2019

Rusiyada hərbi hissədə partlayış: ölənlər və yaralananlar var

Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində yerləşən hərbi hissədə partlayış meydana gəlib.

Qaynarinfo Sputnik-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, 2 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Arxangelsk qubernatoru İqor Orlov açıqlama ilə çıxış edərək əraziyə təcili tibbi qrup və təhlükəsizlik əməkdaşlarının cəlb edildiyini bildirib.

Gülşən