Dünya 14:10 01.06.2013

Rusiyada siqaret qadağan edildi

Rusiyada ictimai yerlərdə siqaretin qadağan edilməsi ilə qəbul olunan qanun layihəsi bu gündən etibarən qüvvəyə minib. 

Qaynar.info-nun məlumatına görə, qanuna əsasən iş yerlərində, şəhər və şəhərətrafı ictimai nəqliyyatlarda, hava limanlarında, liftlərdə, uşaq parklarında, yanacaqdoldurma məntəqələrində və avtobus dayanacaqlarında siqaret çəkilməsi qadağan olunub. 

Siqaret qadağası məktəb və universitetlər də daxil olmaqla, səhiyyə, mədəniyyət və idman qurumlarına da şamil olunacaq. Fabrik və zavodlar da isə siqaret özəl yerlərdə icazə veriləcək. 

Qaynar.info