Dünya 10:08 15.09.2019

Rusiyada vertolyot itdi

 
Rusiyada vertolyot yoxa çıxıb.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, hadisə Yakutiyanın Oymyakon rayonunda baş verib. Qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyot ötən gün Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, xəbər yoxdur.

Göyərtəsində 2 nəfər olan vertolyotun axtarışlarına başlanıb.

Gülşən