Dünya 13:24 07.02.2019

Rusiyadan ABŞ-a Venesuela xəbərdarlığı

Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-a Venesuela barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Ryabkov Venesuelaya hərbi müdaxilənin ölkədə davam edən böhran üçün ən pis ssenari olacağını açıqlayıb. 

Qeyd edək ki, Venesuelada müxalifət rəhbəri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Ölkə rəhbər şəxs isə Nikolas Madurodur. 

ABŞ prezident Donald Tramp daha əvvəl Venesuelaya hərbi müdaxiləni istisna etməmişdi.

Gülşən