Qaynar.info-nun məlumatına görə, Rusiya Kalininqrad vilayət məhkəməsi Səid Nursinin 16 kitabının həddən artıq radikal olduğu səbəbindən qadağan olunması ilə bağlı hökm çıxarıb.
Məhkəmənin qərarı ekspert rəylərinə əsasən qəbul olunub. Aparılan araşdırmada Nursinin 14 Risaleyi Nur kitabı ilə iki broşürası, dini nifrəti yaydığı və İslama inanmayanların dini azadlıqlarına zərər verdiyi səbəbindən qadağan olunub.
Həmin kitablar Kalininqradda yaşayan və radikal dini təşkilat üzvü olduğu iddia edilən bir şəxsin evindən tapıldığı bildirilib.
Qaynar.info
Şərhlər