Xəbər lenti

Rusiyalı politoloq Qərbi Gürcüstanda çevriliş planlaşdırmaqda ittiham etdi
Dünya 12:20 13.08.2024

Rusiyalı politoloq Qərbi Gürcüstanda çevriliş planlaşdırmaqda ittiham etdi

"Qərb Gürcüstanda müxalifəti çevrilişə doğru sövq edir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya hökuməti yanında Maliyyə Universitetinin politoloqu Şota Apxaidze "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, "dağıdıcı” müxalifət hakimiyyətə can atır.

"Baxmayaraq, onlar yaxşı başa düşürlər ki, ən yaxşı halda maksimum 25% səsə arxalana bilərlər", - Apxaidze əlavə edib.

O aydınlaşdırıb ki, Qərb Gürcüstanın müxalif siyasi qüvvələrini radikal hərəkətlərə sövq edir, onların hər addımını əsaslandırır və bəyənir.

Bundan əvvəl "Vzqlyad” qəzeti Tbilisinin "Rezonansı” qəzetinə istinadən yazıb ki, Gürcüstanda parlament seçkiləri ərəfəsində Qərb açıq şəkildə ölkənin hazırkı prezidenti Salome Zurabişviliyə dəstək verir.

Avqustun 11-də Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisiyə işgüzar səfərə gəlmiş Şahin və Turnerlə görüşdüyünü açıqlayıb. Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, Amerika rəsmiləri ilə söhbət zamanı o, ikitərəfli münasibətlərdən məyus olduğunu bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->