Xəbər lenti

İsrail ordusu Əli Laricaninin öldürüldüyünü rəsmən elan etdi (YENİLƏNİB)
Dünya 15:26 17.03.2026

İsrail ordusu Əli Laricaninin öldürüldüyünü rəsmən elan etdi (YENİLƏNİB)

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.

APA-nın xəbərinə görə, IDF-in açıqlamasında Əli Laricaninin "İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.

Qeyd edilib ki, Laricani Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub.

İranda son aksiyalarda etirazçılara qarşı qırğınlara şəxsən Laricaninin nəzarət etdiyi vurğulanıb.
 


13.45
 
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.

"Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və "Bəsic"in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb", - KİV-lər Katsın sözlərini sitat gətirib.

Daha əvvəl İran KİV-ləri məlumat yaymışdı ki, Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq.

Qeyd edək ki, Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasət üzrə danışıqlarda əsas rol oynayıb.

--> -->