Xəbər lenti

Dünya 15:34 25.05.2020

Rusiyanın amansız “Vaqner” qrupunun muzdlu döyüşçüləri Liviyadan çıxdı

Rusiyaya bağlı "Vaqner” Özəl Hərbi Kompaniyasının (ÖVK) ən azı 1600 döyüşçüsü Liviyadakı müharibə zonasını tərk edib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Anadolu”ya Liviya hökumət qüvvələrinin qərargahından bildirilib. Deyilir ki, muzdlular Tripolinin cənub-şərqindəki Beni Velid hava limanından iki hərbi nəqliyyat təyyarəsinə miniblər.

Bu vəziyyətdə muzdluların yenidən yerləşdiriləcəyi məkan haqda məlumat verilməyib.

Bu arada Liviyanın Daxili İşlər naziri "Vaqner”i kimyəvi silah istifadə etməkdə günahlandırıb. Onun sözlərinə görə, mayın 18-də ölkənin qərbindəki strateji əhəmiyyətli Vatiye hava bazası uzun illər Tripoliyə hücumlar üçün tramplin rolunu oynayaraq muzdlu işçilərdən təmizlənib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Tripoli bölgəsində bir muzdlunun cəsədi tapılıb. Türkiyə KİV-i onun Rusiyadan olduğunu qeyd edib. "Anadolu”nun verdiyi məlumata görə, cəsəd üsyançı general Xəlifə Haftarın döyüşçülərinin bir gün əvvəl qovulduğu ərazidə tapılıb.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?