Tver bölgəsində Su-30 hərbi təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, pilotlar təhlükəsiz şəkildə təyyarədən katapult olunub. Onlar yerə endikdən sonra mərkəzlə əlaqə yaradıblar.
Təyyarənin təlim uçuşu zamanı qəzaya uğradığı bildirilir. Su-30 meşədə qəzaya uğrayıb və heç bir dağıntıya səbəb olmayıb.
Heyət artıq baza aerodroma təxliyyə olunub.
Qəzanın səbəbləri Qərb Hərbi Dairəsinin komissiyası tərəfindən müəyyən ediləcək.
Alpər
Şərhlər