Xəbər lenti

Şirin Tire haqda həbs qərarı ləğv edildi - Sərbəst buraxıldı
Ölkə 19:49 15.06.2024

Şirin Tire haqda həbs qərarı ləğv edildi - Sərbəst buraxıldı

2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb.

Qaynarinfo-nun "qafqazinfo"-ya istinadla verdiyi məlumata görə, barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.

Məlumat üçün deyək ki, Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.

Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.

Bu gün prokurorluq Şirin Abbasov barəsindəki həbs qətimkan tədbirinin ləğv edilərək, sərbəst buraxılması ilə bağlı məhkəməyə təqdimat verib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.

Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsindəki cinayət işi isə davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->