XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"
Ölkə21:33 14.09.2026

Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"

"Bu problemin yeganə çıxış yolu var. Yaşa görə müavinət alanların ödənişləri artırılmalıdır, vəssalam".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli yaşa görə 220 manat aylıq sosial müavinət alanların statistikası ilə bağlı danışarkən deyib.

Ekspert məsələnin kifayət qədər ciddi olduğunu bildirib:

"Bunun başqa yolu yoxdur. Nə edə bilərik? Onlar üçün ya nəqliyyat, ya da kommunal xidmətlər pulsuz olmalıdır. Ödənişlər artırılmalıdır. Bu məsələdə çox düşünməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu 2026-cı ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların statistikasını açıqlayıb. Hazırda ölkədə 178 498 nəfər 220 manat sosial müavinət alır. Onların 39,9 faizini kişilər, 60,1 faizini isə qadınlar təşkil edir.

Bahar Rüstəmli