Xəbər lenti

Rusiyanın Türkiyədəki səfirliyində təhlükəsizlik gücləndirildi: Səfir təhdid edilir
Dünya 12:31 14.02.2020

Rusiyanın Türkiyədəki səfirliyində təhlükəsizlik gücləndirildi: Səfir təhdid edilir

Türkiyə Rusiyanın ölkədəki səfirliyində təhlükəsizlik tədbirlərini gücləndirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ria-Novostiyə Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliyinin mətbuat atteşesi İrina Kasimova deyib. Buna səbəb İdlibdə vəziyyətin gərginləşməsindən sonra rusiyalı səfirin sosial şəbəkələrdə çoxsaylı təhdidlər alması olub.

Bu haqda səfir özü də dünən açıqlama verib.

"Bəli, doğurdan da son vaxtlar vəziyyət gərginləşib. Bununla əlaqədar olaraq Türkiyə rəhbərliyi bizim istəyimizlə əlavə təhlükəsizlik tədbirləri görüb", - deyə Kasimova bildirib. Onun sözlərinə görə, bu təhdidlərin həyata keçirilməsi ehtimalı çox azdır, lakin ehtiyat tədbirlər görülməlidir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov 2016-cı ilin dekabrında Ankarada sənət qalereyasında öldürülüb. Şahidlərin sözlərinə görə, səfiri güllələyən şəxs "Suriyanı unutma!" ifadəsini işlədib.

Qeyd edək ki, bu ilin əvvəlində Suriyada vəziyyət pisləşib. Son 2 həftə ərzində İdlibdə de-eskalasiya zonasında Türkiyə ilə Suriya hərbçiləri arasında toqquşmalar artıb. Bölgədəki münaqişəni həll etmək üçün Rusiya-Türkiyə danışıqlarının növbəti raundu da nəticə verməyib. Kreml İdlibdə gərginliyin artmasından narahat olduğunu ifadə edir. Türkiyə isə hücum olacağı təqdirdə, artıqlaması ilə cavab veriləcəyini vurğulayır. Rusiya Müdafiə Nazirliyi bütün ittihamları rədd edir. Vaşinqton isə Dəməşqlə münaqişədə Ankaraya dəstək vermək niyyətindədir.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->