Dünya 23:15 27.11.2013

Ruslana etirazçılara qoşuldu - VİDEO

Zəif şaxtaya baxmayaraq mitinqçilər Kiyevin Azadlıq meydanında dayanmaqda davam edirlər

Siyasət  Zəif şaxta düşməsinə baxmayaraq Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarları Kiyevin Azadlıq meydanında dayanmaqda davam edirlər.

Ans Press Ukrayna mətbuatına istinadən bildirir ki, “Eurovision 2004”ün qalibi Ruslana da mitinq iştirakçılarının arasındadır. O, noyabrın 30-a kimi aclıq elan edib. Bəzi insanlar mitinqə hətta uşaqları ilə birlikdə gəliblər. 

Etirazçılar Ukrayna hakimiyyətindən noyabrın 29-da Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” sazişinə imza atmağtı tələb edirlər. 

Hazırda Kiyevdə mənfi 2 dərəcə şaxta var, nümayişçilər metal çəlləklərdə qalanmış tonqalların ətrafında qızınırlar. 

Qaynar.info