İdman 11:31 16.09.2021

Ruslar Mahiri erməni kimi təqdim etdilər (FOTO)

Rusiyanın məşhur idman saytlarından olan sports.ru Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı təxribata əl atıb.
 
Qaynarinfo xəbər verir ki, saytın əməkdaşları Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Spartak”la - "Legiya” qarşılaşmasından canlı şəkildə reportaj verərkən Mahiri erməni kimi təqdim edib.

Ruslar Emrelinin oyunun 78-ci dəqiqəsində qapıya başla vurduğu topu şərh edən zaman "erməninin baş zərbəsi uğursuz oldu” yazıblar.
 


Səbuhi Həsənov