Xəbər lenti

Rusların “İsgəndər”lə bağlı cavabsız qoyduğu 10 sual...
Asif Nərimanlı
Siyasət 16:50 07.04.2021

Rusların “İsgəndər”lə bağlı cavabsız qoyduğu 10 sual...

1. Şuşaya atılan "İsgəndər–M” raketi Ermənistana necə verilib?

2. Ermənistana "İsgəndər–E” yox, "İsgəndər–M” verilibsə, Rusiya 300 kilometrdən çox uçan ballistik raketlərlə bağlı öhdəliyi niyə pozub? 

3. Xeyr, Ermənistana "İsgəndər – E” raketi verilibsə, o zaman, "İsgəndər – M” raketi Şuşaya doğru haradan uçub?

4. "İsgəndər–M”-lər Ermənistandakı Rusiya hərbi bazasındadırsa, raket oradanmı atılıb?

5. "İsgəndər” raketi ilə təchiz olunan Rusiya Cənub Hərbi Dairəsi bu işin harasında yer alır?

6. Əmri kim verib: ruslarmı?

7. Rusiyanın hərbi-siyasi rəhbərliyinin belə bir əmrdən xəbəri olubmu?

8. "İsgəndər–M” Ermənistana qaçaq yolla aparılıbsa, Rusiyanın nüvə başlığı daşımaq qabiliyyətinə malik raketlərinə nəzarət imkanı bu qədərmi zəifdir?

9. Rusiya gömrük və sərhəd məntəqələrinə nəzarət edə bilmirmi, yaxud kiçik həcmli stabilizatoru tapanlar necə olur ballistik raketləri gözdən qaçırıb?

10. Və ən əsası Rusiya bu suallar qarşısında niyə susur?

Rusiya "Danışır Moskva” modelindən "Susur Moskva” modelinə keçib. Və bu bizə versiyalar irəli sürmək imkanı verir:

Birinci versiya: Rusiya Ermənistana "İsgəndər–E” yox, "İsgəndər–M” raketləri verib;

İkinci versiya: "İsgəndər–M”-lər iddia edildiyi kimi, Cənub Hərbi Dairənin anbarlarından oğurlanaraq, Ermənistana qeyri-leqal yollarla ötürülüb və fakt ortaya çıxanda Rusiyanın hərbi-siyasi rəhbərliyi, yaxud bu ölkədəki yüksək dairələr məsələni ört-basdır etməyə çalışır;

Üçüncü versiya: Şuşaya raket ya Gümrüdəki bazadan, ya da Cənub Hərbi Dairəsinin nəzarət bölgəsindən atılıb.

Asif Nərimanlı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->