Əsasnamə və bəyannamədə qeyd olunan müddəalarla bağlı müzakirələr olacaq
“Gələn həftə Milli Şuranın növbəti toplantısı keçiriləcək”. Bunu AzNews.az-a açıqlamasında Şura üzvü Köçəri Nağıbəyli deyib.
Onun sözlərinə görə, sözügedən tədbir Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun sədrliyi ilə keçiriləcək: “Milli Şuranın sənədləri qəbul olunub. Əsasnamə və bəyannamədə qeyd olunan müddəalarla bağlı müzakirələrimiz olacaq. İndi Rüstəm İbharimbəyov Amerikadadır. Amma Milli Şuranın növbəti iclası Rüstəm İbrahimbəyovun sədrliyi ilə baş tutacaq”.
Şərhlər