Bu gün Azərbaycanda milli- azadlıq hərəkatına başçılıq edən təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 24 il ötür.Bu məqsədlə Azərbaycan Xalq Cəbhəsi Partiyası tədbir keçirəcək. Sözügedən tədbir Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında baş tutacaq.
Politoloq, “El” hərəkatının üzvü Zəfər Quliyev AzNews-az-a açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov AXCP-yə ad günü münasibəti ilə təbrik məktubu ünvanlayıb: “AXC-nin ad gününə müxalifətin vahid namizədi, Milli Şura sədri Rüstəm İbrahimbəyov məktub ünvanlayıb. Həmin məktubu tədbirdə mən təqdim edəcəm. Rüstəm İbrahimbəyov məktubda cəbhəçiləri təbrik edir”.
Qaynar.info
Şərhlər