Siyasət 14:23 30.07.2013

Rüstəm İbrahimbəyov Tiflisə gəldi

Media forum” saytı xəbər verir ki, Demokratik Qüvvələrin Milli Şurasının sədri, qurumun prezidentliyə namizədi Rüstəm İbrahimbəyov hazırda Tiflisdədir.

İyulun 30-da o, Gürcüstan paytaxtının “Vere Palace” otelində axşam saat 17 radələrində Milli Şuranın üzvləri ilə görüşəcək. Görüşdə şuranın 15 nəfərdən çox üzvü iştirak edəcək. Onlardan Zəfər Quliyev artıq Tiflisdədir.

Gözəl Bayramlı, Fuad Qəhrəmanlı iyulun 29-u axşam saatlarında Gürcüstana yola düşüblər.

“Media forum”un məlumatına görə, iyulun 30-u saat 14-də İsa Qəmbər, Eldar Namazov, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Əvəz Temirxan, Köçəri Nağıbəyli də təyyarə ilə Tiflisə yollanıblar.

Qaynar.info