AFFA-nın prezidenti ölkə Kubokunun final matçında baş verənlərə münasibət bildirib
“Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi”. Qaynar.info-nun Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. R. Abdullayev “Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib.
AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.
O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.
Eyni zamanda Dövlət Neft Şirkətinin prezidenti olan Abdullayev 2017-ci ilədək UEFA bayrağı altında keçirilən yarışlardan Çempionlar Liqası və Avropa Liqasına yox, yığma komandalar səviyyəsində turnirlərə sponsorluq edəcəklərini bildirib.
Qaynar.info
Şərhlər