Maqazin 15:23 04.02.2021

Röya Ayxan peyvənd vurdurdu (FOTO)

Xalq artisti Röya Ayxan COVID-19 əleyhinə vaksin vurdurub.

Qaynarinfo xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında paylaşım edib.

O, prosesdən video yayaraq könüllü peyvənd olunduğunu açıqlayıb: "Bu gün könüllü olaraq peyvənd vurdurdum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.

Qeyd edək ki, R. Ayxan ilk peyvənd olunan mədəniyyət üzvüdür.