Xəbər lenti

Röyadan general oğlu ilə sevgili olması xəbərinə münasibət (AÇIQLAMA)
Maqazin 09:41 08.03.2018

Röyadan general oğlu ilə sevgili olması xəbərinə münasibət (AÇIQLAMA)

Əməkdar artist Röya Ayxanın Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması barədə xəbər yayılıb.

Qaynarinfo bildirir ki, ifaçının mətbuat xidməti primetime.az saytına açıqlamasında xəbəri təkzib edib. Bildirilib ki, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var: "Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır".

Əməkdar artistin də məsələyə münasibəti çox gecikmədi. Estrada ulduzu şəxsi İnstagram hesabında xəbəri paylaşıb və "Çox güldüm" şərhini əlavə edib. Mətbuat xidməti bu məsələyə də toxunub: "Röya xanım ona görə gülür ki, Telmanla arasında 12 yaş fərq var. İfaçı onun elçilik mərasimində belə iştirak edib və onlar ailəlikcə dostdurlar. Yəni, xəbər kökündən yalandır Onların münasibətinin nə yerdə olduğunu bilən hər kəs sevgili iddiasına məhz gülümsəyir. Hörmətli media nümayəndələrinə və Röyasevərlərə səslənirik ki, əsassız xəbərlərə inanmasınlar".
 
Qeyd edək ki, xəbəri Qafqazinfo.az saytı yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->