Dünya 14:55 17.11.2019

"S-400"lər Ərəbistan yarımadasında?

Rusiya və Səudiyyə Ərəbistanı "S-400" havadan müdafiə sisteminin tədarükü üçün müzakirələr aparır.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəsmisi Mariya Vorobyova məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında 2017-ci ildə imzalanmış müqavilənin icrasına başlanıla bilər.

Qurumun direktoru Dmitri Şuqayev isə ölkənin yeni planlarından söz açaraq Rusiya və Türkiyənin beşinci nəsil qırıcı təyyarələrin istehsalı üçün əməkdaşlıq məsələsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Səudiyyənin hava təhlükəsizliyini ABŞ istehsalı "Patriot" sistemləri təmin edir. Keçən aylarda ölkənin nəhəng neft emalı zavodu "Saudi Aramco"ya Husi qüvvələri tərəfindən "drone" ilə uğurla yekunlaşan hücum təşkil edilmişdi. Hadisədən sonra "S-400" sistemlərinin "Patriot"dan üstün cəhətləri yenidən gündəmə gəlmişdi.

Gülşən