Dünya 18:08 31.05.2013

Saakaşvili plastik əməliyyat olundu

Gürcüstan prezidenti Mixail Saakaşvilinin xüsusi mühafizə xidmətinin büdcəsindən əsassız xərclər etdiyi haqda bəzi sənədlər ortaya çıxıb.

ANS PRESS-in verdiyi məlumata görə, Saakaşvili Nyu-York klinikalarının birində iki botoks əməliyyatı keçirib. Gürcüstan prezidentinin birinci əməliyyatı 2009-cu ilin 23 fevralında 5600 dollara, ikincisi isə 2011-ci ilin 23 sentyabrında 5800 dollara başa gəlib. Hər iki əməliyyatın büdcə hesabına gerçəkləşdirildiyi bildirilir. 

Möhürlü məxfi sənədlərin birində göstərilir ki, Gürcüstan prezidenti çılpaq amerikalı aktrisanın portreti üçün 5993 funt sterlinq ödəyib. Bundan başqa, Saakaşvili “Radisson” mehmanxanasında amerikalı sahibkar Kristin Vusavın qalmasının xərclərini qarşılayıb və ona 6 668 lari həcmində idman ayyaqabı alıb. 

Gürcüstan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Xatuna Payçadze Mixail Saakaşvilinin ifadəsinin alınacağını istisna etməyib. 

Qaynar.info