Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili prezident Pyotr Poroşenkoya güzəştə getmək təklifi ilə məktub yazması barədə yayılan xəbərləri təkzib edib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu o, "strana.ua" internet nəşrinə deyib.
"Mən onlara həmişəkindən daha çox hücum edəcəyəm", - deyə Saakaşvili Poroşenko ilə barışmağa hazır olması ilə bağlı yayılan xəbərlərə cavab olaraq bildirib.
Bununla belə Saakaşvili hakimiyyətlə danışıqlara hazır olduğunu deyib.
Şərhlər