Xəbər lenti

Sabah dolların məzənnəsi kəskin arta bilər
Ekonomiks 15:56 10.08.2017

Sabah dolların məzənnəsi kəskin arta bilər

Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər.

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, "Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər iyul ayında inflyasiya göstəricisinin 0,2% olması gözlənilir. Son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.

"Report"un analitik qrupu bildirir ki, əgər iyul inflyasiyası 0,2% və ya daha çox olarsa, o zaman əsas valyuta cütlüyü avro/dollar məzənnəsi 1,15 USD/EUR səviyyəsinə kimi geriləyə bilər: "Əks halda, məzənnənin 1,20 USD/EUR səviyyəsinə yaxınlaşması mümkündür".

Qeyd edək ki, hazırda bu cütlüyün məzənnəsi 1,17 USD/EUR səviyyəsindədir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->