İyulun 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, güclü şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 34-39 dərəcə, Bakıda isə gecə 22-24, gündüz 36-38 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.
Şərhlər