"Sabah" futbol klubunun keçmiş oyunçucu Sofian Çaklanın Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb futbolçunun dövlət büdcəsinə 3 475,35 manat bocunun olmasıdır.
Borc ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək futbolçunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qurumun ərizəsini təmin edib.
Qeyd edək ki, mərakeşli futbolçu karyerası ərzində İspaniyanın "Malaqa" (B komandası), "Betis" (B), "La Roda", "El Ejido", "Almeriya" (B), "Melilla", "Vilyarreal", "Xetafe", "Ponferradina", Macarıstanın "Videoton" və Belçikanın "OH Leuven" klublarında çıxış edib. O, 2023-cü ildə "Ponferradina" klubundan 100 min avroya "Sabah"a transfer olunub. Bu il isə Yunanıstanın AEL klubuna keçib.
32 yaşlı mərkəz müdafiəçisi Mərakeş millisində 4 oyun keçirib.
Seyid
Şərhlər