Dünya 19:00 10.05.2019

Sabiq "Interpol" rəhbəri rüşvətdə ittiham edilir

"Interpol"un sabiq rəhbəri Menq Honqvey rüşvətdə ittiham edilir.

Qaynarinfo xəbər verir ki, Menqin Çində İctimai Təhlükəsizlik Nazirinin köməkçisi və Sahil Təhlükəsizliyi İdarəsinin direktoru vəzifələrində çalışdığı dövrlərdə külli miqdarda rüşvət aldığı iddia edilir. Məhkəmə prosesi Tianjin şəhərində baş tutub və iddialar məruzə edilib.

Qeyd edək ki, Menq Honqvey ötən ilin sentyabrında Fransadan Çinə səyahət edib və ondan bir müddət xəbər almaq mümkün olmayıb. Daha sonra Interpol rəhbərinin ölkəsində saxlanıldığı müəyyənləşib və o, təşkilatdan istefa verib.

Gülşən