Prezident Abdullah Gülün sabiq şəxsi həkimi azadlıqdan məhrum edilib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin 11-i Prezidenti Abdullah Gülün şəxsi həkimi Sedat Caner Fəthullah Gülən terror təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilməklə şərti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
S.Caner 2012-2015-ci illər ərzində FETÖ terror təşkilatı ilə sıx əməkdaşlıq edib. Ona ölkəni tərk etmək qadağan olunub.
Qeyd edək ki, F.Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.
Şərhlər